Allah qorxusunun möminlərə qazandırdığı xüsusiyyətlər

Allah qatında üstünlük

... Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.  (Hucurat surəsi, 13)

Əlbəttə ki, bir insanın Allah qatındakı üstünlüyü, Allahı gərəyi kimi təqdir etdiyi, Allahın razı olduğu xeyirli işlərdə olduğu, Quranın hökmlərini yerinə yetirdiyi, Allahın bəyəndiyi əxlaqı üzərində daşıdığı, səmimi və ixlaslı olduğu nisbətdə olacaq. Allaha yaxınlaşdıran bütün bu xüsusiyyətlərə də insan Allahdan qorxub çəkindiyi ölçüdə sahib ola bilər. Məhz bu səbəblə insanın ürəyində daşıdığı Allah qorxusunun dərəcəsi onun Allah qatındakı üstünlük dərəcəsinin də bir göstəricisidir.

 

Doğrunu səhvdən ayıran bir nur və anlayış

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Doğrunu səhvdən ayıran bir nur, möminə verilən ağlından istifadə etmə qabiliyyətidir və şübhəsiz, insana dünyada verilə biləcək ən böyük və ən qiymətli nemətlərdəndir. Doğrunu səhvdən ayıra bilən bir ağıla sahib olan insanın hər sözü, hər rəftarı, aldığı hər qərar, verdiyi hər reaksiya düzgündür. Yaxşıyla pisi dərhal ayırd edə bildiyi üçün Allahdan qorxan bir insan, hər işində Allahın razılığına uyğun hərəkət edər. Qərarsızlıq, həll edilməzlik, tərəddüd, vəsvəsə, ağlının qarışması kimi problemləri olmaz. Bunun tam tərsi, yəni insanın belə bir qabiliyyətdən məhrum olması isə dünyada da, axirətdə də adamı həlaka sürüyəcək bir əskiklikdir.

Allahın Öz mərhəmətindən iki qat verməsi

Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir. (Hədid surəsi, 28)

Allah Quranda, Özündən qorxub çəkinərək hərəkət edən qullarını həm dünyada, həm də axirətdə maddi mənəvi nemətlərinin içində yaşadacağını vəd edir. Çünki ayədə xəbər verildiyi kimi, "Allah onlardan razıdır, onlar da Allahdan razı olmuşlar". (Maidə surəsi 120) Bir mömin üçün Allahın onu rəhmətinə alması şübhəsiz hər şeydən üstündür.
Unudulmamalıdır ki, Allah dünyada bir insana gözəlliklər, bolluq, bərəkət, dinclik və təhlükəsizlik duyğusu verə bilər. Axirətdə isə Allahdan qorxan bir insan üçün, dünyadakılarla müqayisə edilə bilməyəcək üstünlükdə nemətlər və Allahın sonsuz rəhməti vardır.

 

İbadətlərin qəbulu

Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər! (Maidə surəsi, 27)

Göründüyü kimi hz. Adəmin oğullarından biri "ancaq Allahdan qorxan kəslərin əməllərinin Allah Qatında məqbul" olduğunu söyləyir. Çünki Allah qorxusu olmayan bir kimsə ən əvvəl Allahın qüdrətini gərəyi kimi təqdir edə bilməyən, Allaha qarşı duyulması lazım olan hörməti hiss edə bilməyən bir kimsə deməkdir. Belə bir adam onsuz da təməlində pozuq və səhv bir dünyagörüşünə, Allahın razı olmadığı, bəyənmədiyi bir əxlaq quruluşuna sahib olduğu üçün, etdiyi işlərin də Allah qatında heç bir dəyəri olmaya bilər. Bu səbəblə, Allah, insanın hər şeydən əvvəl Allah qorxusu və rizasının təməlinə əsaslanan bir şəxsiyyət olması lazım olduğunu, əksinə bir quruluşun hüsranla nəticələnəcəyini belə bir örnəklə bildirmişdir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

Digər tərəfdən Allah qorxusu və rizası daşımayan bir kimsənin ibadətləri heç bir zaman lazım olduğu kimi ixlaslı və səmimi ola bilməz. Etdiyi işlərin, ibadətlərin altında göstəriş, təkəbbür, başqalarının razılığını axtarmaq, rəqabət hissi kimi səhv niyyət və axtarışlar olar. Buna görə həyatı boyunca etdiyi bütün işlər - tövbə edib Allaha yönəlməzsə - boşa getmiş olar.

 

İşinlərində asanlıq göstərilməsi

... Kim Allahdan qorxsa (Allah) ona işində bir asanlıq göstərər. (Talaq surəsi, 4)

Allah, Öz razılığını güdən və sərhədlərini qoruyan möminlərə hər an, onlar üzərindəki rəhmətini, qorumasını və dəstəyini hiss etdirər. Etdikləri işlərdə yollarını açar və bir başqa ayənin ifadəsiylə "asan olanla müvəffəqiyyətli edər" (Əla surəsi, 8). Bu asanlıq maddi və mənəvi hər mövzu üçün məqbuldur və bəzən açıq, bəzən də gizli olaraq qullarına çatar.

 

Allahın çıxış yolu göstərməsi

... Kim Allahdan qorxsa, (Allah) ona bir çıxış yolu göstərər. (Talaq surəsi, 2)

Allahın təqvalı qulları üçün heç bir işdə çarəsizlik, ya da həll edilməzlik kimi mövzuların bəhsi keçə bilməz. Rəbbimizin onlara verdiyi ağıl və anlayış sayəsində hər cür maneəni dəf edə biləcək gücdədirlər. Ən çıxılmaz kimi görünən vəziyyətlərdə belə, Allah özlərinə mütləq bir çıxış göstərər. Və çətinlikləri keçib aradan qaldırana qədər onları içində olduqları vəziyyətdə buraxmaz. Bu Allahın inananlara vədidir.

Allahın pisliklərini örtməsi, bağışlaması və mükafatlarını artırması

Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxsa, Allah, günahlarından keçər və onun mükafatını artırar. (Talaq surəsi, 5)

Ölümlərindən sonra Allahın hüzurunda sorğuya çəkilən möminlər üçün asan bir hesab olacaq. Çünki iman gətirənlər dünyadakı həyatlarını, onları yaradan Rəbbimizin istədiyi şəkildə davam etdirmişlər. Əlbəttə, səhvsiz deyillər, günahları da olmuş ola bilər, amma sonsuz rəhmət sahibi olan Allah bunları bağışlayacağını ayələrində bildirmişdir. Zumər surəsində belə buyrulur:

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (Zumər surəsi, 53)

Allahın günahlarını bağışladığı kəslər beləcə, dünyada etdiklərinin əcrini daha artıq alacaqları, sonsuz nemətlərlə dolu cənnətə qovuşarlar.

Allahın sonsuz şəfqəti möminlər üzərində dünyada da təcəlli edər. Allah dəqiqliklərinin və Özünə olan bağlılıqlarının qarşılığında bu qullarına, təqdim etdikləri gözəlliklərin, yaxşılıqların və saleh əməllərin mükafatlarını qat-qat artıraraq verər. Bu, Allahın şanındandır. Yoxsa insan özünə can bağışlayan, saysız nemət içində yaşadan Rəbbimizə qarşı onsuz da qulluqla məsuldur. Allahın bunun qarşılığında onları mükafatlandırması də tamamilə lütfündən və qarşılıqsız lütf etməsindəndir.

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313