Quranda təsvir edilən Allah qorxusu

Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali İmran surəsi, 102)

Ayədə bildirilən "Allahdan necə qorxub çəkinmək lazım olduğu" Quranda son dərəcə açıq və təfərrüatlı bir şəkildə təsvir edilmiş bir mövzudur. Qorxunun nə şəkildə, necə bir ruh halında və nə şiddətdə olması lazım olduğu da Allahın ayələrində bir-bir izah edilmişdir. Onsuz da Quranın endirilmə məqsədlərinin ən əhəmiyyətlilərindən biri də budur:

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.  (İbrahim surəsi, 52)

İndi Allah qorxusunun necə olması lazım olduğunu yenə Quran ayələrindən görək.

 

Allah qorxusu necə artırılar?

ADNAN OKTARIN DENGE TV-dəki REPORTAJI, 9 dekabr 2009

ADNAN OKTAR:... Allah qorxusu öz-özünə inkişaf etməz, bunun səbəbləri vardır, məsələn, comərd olmaq, kasıblara kömək etmək, bu Allah qorxusunu artıran bir şeydir. Kasıbların borcunun vaxtını uzatmaq və yaxud tamamilə silmək, Quranda ifadə olunan bir əxlaq xüsusiyyətidir, yəni borcu tamamilə bağışlamaq. Əgər bunlar edilsə, iman həqiqətlərinə geniş yer verilsə, Quran oxunsa, Quranın dərinlikləri yaxşı qavranılsa, təvəkkül də insanlarda inkişaf edəcək. Təvəkkül bərəkət gətirər, rahatlıq gətirər, məsələn, ağaclar təvəkkül edər, Allah onlara olduğu yerdə yeməklərini verər. Amma məsələn, canavarlar, tülkülər təvəkkülsüzdür, həmişə ac gəzərlər diqqət etsəniz dağlarda, yəni günlərlə ac gəzdikləri olar həris olduqları üçün. İnsana təvəkkülsüzlük yaraşmaz, Allaha tam təslim olub ruzisinin Allahdan olduğunu bilərək bu çaxnaşmanı, bu narahatlığı tamamilə qəlblərindən atmaları lazımdır.

 

ADNAN OKTARIN ÇAY TV-dəki CANLI REPORTAJI, 19 yanvar 2009

ADNAN OKTAR: İnsan, düşünməyə qərar verdiyində yenə Allahın verdiyi o böyük neməti istifadə edəcək, səmimiyyətini və vicdanını istifadə edəcək. Səmimi olaraq düşünüldüyündə, məsələn, bir hüceyrənin quruluşu və yaxud bir ağcaqanadın həyatı, ağıllı düşünüldüyündə heyrətvericidir, çox həyəcan verəcək bir quruluş ortaya çıxar. Hüceyrəni araşdırdığımızda yenə o cür heyrətdən donarıq. Sanki bir şəhər kimidir insan hüceyrəsi. İstanbul şəhərini xatırladır. Elə bir quruluşu vardır. Biz bundan heyrətə düşərik. Heyrətə düşüncə Allaha sevgimiz daha artar. Allahdan qorxumuz daha artar. Allahdan qorxumuz artınca da Allahın göstərdiyi yola, yəni İslama həssaslığımz daha da artar. Və mükəmməl əxlaqlı olarıq.

 

Gücünün çatdığı qədər Allahdan qorxmaq

Elə isə gücünüz çatdığı qədər Allahdan qorxub - çəkinin, dinləyin və itaət edin... (Təğabun surəsi, 16)

Allah Quranda insanlara sonsuz qüdrətini, mövqeyinin ucalığını və üstünlüyünü, Özünə qarşı gələnlər üçün hazırladığı əzabın şiddətini və böyüklüyünü təfərrüatlı olaraq izah etmişdir. Artıq bundan sonra insana düşən bu həqiqətləri səmimi olaraq və dərindən təfəkkür etməsi, niyyətində və etdiyi işlərdə həmişə bu həqiqətlərin şüurunda olaraq hərəkət etməsidir. Bunu da ayədə ifadə edildiyi kimi gücünün çatdığı dərəcədə etməyə çalışmalıdır. Yəni gücünün çatdığı qədər Allahın böyüklüyünü təqdir etməli, gücü çatdığı qədər Rəbbimizin təhdid etdiyi əzabın: cəhənnəm əzabının böyüklüyünü, ölçülərini və sonsuzluğunu təfəkkür etməlidir. Bunun nəticəsində ürəyində təbii olaraq Allah qorxusu meydana gələcək. Beləcə, mömin Quranda əmr edilən ibadətləri etməməkdən, haram qılınan şeyləri isə etməkdən gücü çatdığı qədər qorxub çəkinməlidir. Çünki qorxub çəkinməli olduğu şeylər də Quranda özünə təfərrüatlı olaraq bildirilmişdir:

Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar. (Taha surəsi, 113)

Burada vurğulanması lazım olan çox əhəmiyyətli bir nöqtə daha vardır: Allah qorxusu əldə edilməsi çətin olan, bəzi mərhələlərdən keçərək qazanılacaq bir hiss deyil. Əksinə şüuru açıq, düşünən hər insanın əksi mümkün olmayacaq şəkildə dərindən hiss etdiyi bir duyğudur. Bir insanın həqiqi Allah qorxusunu əldə edə bilməsi üçün tək bir səmimi təfəkkürü belə kafi ola bilər. İnsan yalnız bir an ölümü, ölümdən sonra qarşılaşacaqlarını düşünüb, Allaha qarşı hörmət dolu bir qorxu hiss edə bilər. Bu, tamamilə insanın düşünməsindən və ağlının istifadəsindən asılıdır.

 

Qəlbi hörmət ilə titrəyərək qorxmaq

Allah digər dünyəvi qorxularla qarışdırılmaması üçün, Quranda Özündən qorxan bir möminin hisslərini və ruh halını da təsvir etmişdir. Möminin Allah qorxusu başqa heç bir qorxuya bənzəməyən, son dərəcə səmimi və hörmət dolu bir qorxudur. Bu qorxu digər qorxular kimi insana çətinlik və əzab verən bir qorxu növü deyil. Tam tərsinə, insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açıb inkişaf etdirən, insanı çox üstün bir əxlaq səviyyəsinə çatdıran bir qorxudur.
Bu qorxu möminin axirətə olan həsrətini artıran, ümid və şövqünü alovlandıran bir qorxudur. Allah qorxusu, möminin Allaha olan yaxınlığını və sevgisini qat-qat artıran, ona böyük mənəvi həzzlər yaşadan nəcib bir duyğudur. Quranda iman edənlərin daşıdıqları bu səmimi və hörmət dolu qorxudan bir çox ayədə bəhs edilir:

Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)

Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. (Rad surəsi, 21)

... Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür (Qaf surəsi, 33)

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.  (Əhzab surəsi, 39)

 

Ümidlə birlikdə qorxu hiss etmək

Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını, Onun lütf edən, tövbələri qəbul edən olduğunu da xatirindən çıxarmaz. Bu da onun qorxarkən, bir tərəfdən də içində çox şiddətli bir ümid daşımasına səbəb olar. İçindəki Allah qorxusu, Allahın bu sifətlərini də çox dərin və geniş bir şəkildə təfəkkür etməsinə, Allahın üstünlüyünü və böyüklüyünü çox daha yaxşı təqdir edə bilməsinə, bu səbəbdən, Allaha daha çox yaxınlaşmasına vəsilə olar. Allahın mərhəmətinin, şəfqətinin, bağışlamasının böyüklüyünü daha yaxşı dərk edər.
Məhz həqiqi mömin Allaha qorxu və ümid dolu bir ruh halı içində yönələr və dua edər:

Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.. (Səcdə surəsi, 16)
Bu da Allah qorxusunun heç bir zaman ümidsizliyə, pessimizmə salmayan bir duyğu olduğunun göstəricisidir. Möminlərin davamlı ümid etmələrinin lazım olduğu Quranın bir çox yerində ifadə edilmişdir:

... Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.. (Əraf surəsi, 56)

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”  (Zumər surəsi, 53)

Ümidsizliyin isə inkar edənlərin bir xüsusiyyəti olduğu yenə ayələrdə bildirilmişdir:

Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.  (Ənkəbut surəsi, 23)

Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi, Axirət gününə də ümid etmirlər. (Mumtəhinə surəsi, 13)

 

Həqiqi dinclik və xoşbəxtliyin qaynağı Allah qorxusu və Allah sevgisidir

ADNAN OKTARIN KRAL KARADENİZ TV-dəki CANLI REPORTAJI, 16 yanvar 2009

ADNAN OKTAR: Xoşbəxtlik Allah sevgisiylə, Allah qorxusuyla olar, bunun xaricində qəlblər nicat tapmaz, Allah açıq şəkildə ifadə etmiş, dəqiq ifadə etmiş Allah, şeytandan Allaha sığınıram "qəlblər ancaq Allahı zikr etməklə nicat tapar" deyir. Başqa cür mümkün deyil insanın xoşbəxt olması, qeyri-mümkündür.

 

Allah qorxusunun möminlərə qazandırdığı xüsusiyyətləri

ADNAN OKTARIN KRAL KARADENİZ TV-DƏKİ CANLI REPORTAJI (30 mart 2009)

ADNAN OKTAR: Bəli, Allah qorxusu gözəl əxlaqla əlaqədar bütün funksiyalarımızı, bütün xüsusiyyətlərimizi istiqamətləndirən ən əhəmiyyətli gücdür. Məsələn, əgər Allah qorxusu olmasa, insan səbrə ehtiyac duymaya bilər. Əziyyətə dözə bilməz. Bağışlayıcı olmaya bilər. Yəni iradəsini bir çox nöqtədə isdifadə edə bilməz. Necə olsa Allah məni bağışlayar deyər, Quranda da bilirsiniz, onsuz da cənnətə gedərəm mən, gedə bilərəm deyər. Amma Allah qorxusu olduqda hər şeyi idarə olunan vəziyyətə gələr. Məsələn, namaza qalxmaya bilər, oruc tutmaya bilər, sevdikləri üçün bir fədakarlıq etməyə bilər. Bunlar da olmadığında, sevginin təməlidir bunlar, eşqin, ehtirasın əsasıdır, hamısı ortadan qalxar, insan sanki içi boş hala gəlir. Allah qorxusuyla insan böyük ayrıntılar qazanar. Yəni çalışqanlıq qazanar, dürüstlük qazanar. Məsələn, Allah qorxusuyla insan doğru söyləyər. Allahdan qorxmazsa mənfəəti üçün çox rahat yalan söyləyə bilər.

APARICI: İndiki vaxtda olur onsuz da.

ADNAN OKTAR: Təbii, dürüst olmanın mənşəyində Allah qorxusu var. Allahdan qorxduğu üçün doğru danışar. Məsələn, şahidliyi doğru edər. Yəni bir çox fitnəni, fücuru, qarışıqlığı, insanın ruhundakı anarxiyanı Allah qorxusu önləyər. Cənnətdən daha çox zövq almağımıza vəsilə olar. Yoxsa, başqa cür insanda bir tutqunluq, durğunluq meydana gəlir.

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313