Allah qorxusu necə olmalıdır?

ADNAN OKTARIN EKİN TV-DƏKİ CANLI REPORTAJI, 2 mart 2009
ADNAN OKTAR: Allahdan qorxmaq demək, dəli aşiqin qorxusu, yəni Allahı hirsləndirməkdən çəkinmək, Allahın razılığından məhrum qalmaqdan qorxmaq. Aşiq sevdiyini hirsləndirməkdən çəkinər, onun sevgisinin yox olmasından çəkinər, budur Allah qorxusu. Yoxsa başqa bir mənası yoxdur. Məsələn, cəhənnəmə gedər, atəşdə yanar, amma əslində onu narahat edən Allah eşqini ifadə edə bilməməsidir, Allaha. Yəni aşiqin ehtiyacını Allah aşiqə belə bildirir. Allahdan qorxsa insan Allahın əmrlərinə çox diqqətlə yanaşar, Onu çox sevər, hörmət edər. Məsələn, eqoist olmaz, təkəbbürlü olmaz, şəfqətli olar, qoruyucu olar, nəfsinə düşkün olmaz, mənfəətlərinin arxasında olmaz, bağışlayıcı olar, Allahdan qorxub bağışlayıcı olar. Məsələn, bağışlamaq, sevgini davam etdirən bir gücdür. Məsələn, mərhəmət, sevgini davam etdirən bir gücdür. Məsələn, qoruyub müdafiə edərsən, yeməyinə, içməyinə diqqət yetirərsən, idmanına diqqət yetirərsən sevdiyinin, Allah rizası üçün. Bu məhz o Allah eşqinin bir təcəllisi olar. Yoxsa onlar Allahdan qorxmazsa insan eqoist, təkəbbürlü olar, sırf özünü düşünər, bağışlamaz, mənfəətləri kəsişdiyində sərt davrana bilər. Məsələn, şübhə edəndir, fədakar deyil, comərd olmaz, lazım olduğunda Allah üçün canını ortaya qoya bilməz. Bir çox mənfi neqativ hərəkət üzərinə yığılmış olar. Amma Allah qorxusu olanda hər şey ona gözəl görünər, yəni sevgini təmin edən, gözəlliyi təmin edən hər cür gözəllik Allah qorxusunun üstünə tam mənasıyla oturmuş olar.

 

ADNAN OKTARIN ÇAY TV-DƏKİ CANLI REPORTAJI, 18 mart 2009

ADNAN OKTAR: Səmimi müsəlman Allahdan qorxar, Allaha qarşı nəzakətdə qüsur etməz. Son dərəcə hörmətli bir üslubla danışar. Biz hər an ölə biləcək, Allahın təcəllisi olan varlıqlarıq və bu qədər balaca yerdə Allah bizi danışdırır və bizə görüntü göstərir... Əgər insan çox imanlıdırsa, Allahdan çox qorxarsa o sevincdən yuxu da gəlməz insana. Yəni içi-içinə sığmaz, cənnət sevinci, İslamın dünyaya hakimi olacağı sevinci, vəli insanların sözlərinin doğru çıxdığını görmə sevinci, gözəl əxlaqın sevinci, sevinclər o qədər çox ki, Allahın verdiyi nemətlərin sevinci...  Amma hamısından üstün Allahın varlığının sevinci vardır, yəni sonsuz bir gücün idarəsindəyik. Nə böyük nemətdir əlhəmdülillah. Bunun sevinclərini yaşasınlar, əlbəttə, bunun nəticəsi olaraq insanda bir dirilik və canlılıq olar, amma hədəf bu olmaz. Biz belə bir gözəlliyi etdiyimiz üçün Allah bunu nemət olaraq verir inşaAllah.

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313