Möminlər Allahdan nə üçün qorxarlar?

Möminlərin Allahdan qorxma səbəblərinə keçmədən əvvəl, əvvəlki səhifələrdə də vurğuladığımız bir nöqtəni təkrar xatırlatmaqda fayda görürük. Allah qorxusu, möminin imanını, şövqünü, Allaha olan sevgi və hörmətini coşduran bir duyğudur. İnsanı Allahın razı olmayacağı bir rəftar göstərməkdən çəkindirən, nəfsinin azğınlığını, sərhəd tanımaz günahlarının məhdudlaşdırılmasını, davamlı yaxşılıq istiqamətində hərəkətə keçirən bir qorxudur.

Bu qorxu onu Allahın əzabından uzaqlaşdıran, Allahın razılığına, rəhmətinə və cənnətinə yaxınlaşdıran, bundan ötəri də çox böyük bir mənəvi həzz ehtiva edən bir qorxudur. Mömini Allahın sərhədlərini qorumaqda, Allahın razılığını axtarmasında son dərəcə yüksək bir şüura, oyanıqlığa və tələbkarlığa yönəldər. Nəticədə, möminin dünyadakı bu qorxusu, onu qiyamət gününün qorxusundan və cəhənnəmdəki əbədi qorxu və dəhşətdən qurtaracaq. Bir ayədə belə buyurulur:

... Artıq bunların Rəbbi yanında mükafatları vardır, onlara qorxu yoxdur və onlar qəmli olmayacaqlar. (Bəqərə surəsi, 274)

Allahın təhdidindən və əzabından qorxan möminlər, Onun əmr və hökmlərinə son dərəcə dəqiqliklə əməl etdikləri üçün, Allahın bəyəndiyi üstün bir əxlaqa sahib olarlar. Təvazökar, xoş xasiyyətli, incə düşüncəli, fədakar, ağlı və şüuru açıq, Allahın yaratmasındakı üstünlükləri ən gözəl şəkildə təqdir edə bilən, yüksək şüura və böyük bir həssaslığa sahib ideal bir quruluş inkişaf etdirərlər. Qısacası, Allah qorxusu möminləri ruhən zənginləşdirən, onları cənnətə layiq bir həssaslığa qovuşduran, son dərəcə incə hikmətlərlə təchiz edən nəcib duyğudur; əbədi mükafat və xoşbəxtliyin açarıdır.

 

Allahın uca məqamından qorxarlar

Allahı, Quranda tanıdıldığı kimi tanıyan və səmimi olaraq Onun sifətləri haqqında düşünən bir mömin əvvəl Allahın şəxsən Özündən, üstün və şərəfli mövqeyindən içi ürpərək qorxmağa başlayar. Allahın heybət və əzəmətindən, sonsuz qüdrət və üstünlüyündən ötəri, Onun zatına qarşı son dərəcə hörmət və heyranlıq dolu bir qorxu bəsləyər. Bu qorxu, Allahın üstün və uca məqamının şüurunda olan möminin ürəyində təbii olaraq meydana gələn bir qorxudur. Bu qorxunun dərəcəsi adamın imanının və təfəkkürünün dərinliyi dərəcəsində artar. Bu hörmət dolu qorxu Quranda "haşyet" olaraq da tanınır.
Allah sonsuz güc sahibidir, sonsuz bir elmə və sonsuz bir ağıla malikdir, dilədiyini dilədiyi kimi edər; Özü etdiyindən soruşulmaz, lakin O, insanları etdiklərindən sorğuya çəkəcəkdir. Rəbbimiz aləmlərdən müstağnidir, heç kimə ehtiyacı yoxdur, lakin bütün varlıqlar Ona möhtacdır. Hər kəsi və hər şeyi yoxdan var edən və hər an varlıqda tutan Allahdır; hər şeyin və hər kəsin sahibi Odur, dilərsə hər kəsi yox edib yerinə başqalarını yarada bilər. Heç bir şeyi unutmaz; Allah bir şeyi dilədisə ona "Ol" deyər və olar, Ona heç bir şey çətin gəlməz. Bütün bu sonsuz üstünlüklərin sahibi olan Allaha qarşı nəinki üsyankar bir rəftar almaq, hətta Onu unudaraq bir an keçirmək belə şüurlu bir insanın cəsarət edə biləcəyi bir şey deyil.
Allahı Quranda tanıdıldığı kimi tanıyan və Onun qüdrətini gərəyi kimi təqdir edən bir insan Allahdan hörmətlə çəkinər və Onun əzəmətindən qorxuya qapılar. Mömin Allahın böyüklüyünü, əzəmətini, qüdrətini bildiyi kimi "İntiqam alan", "Qəhr edən", "Əzab verən", "Zillətə düşürən" sifətlərini də bilir. Allahın razılığına əks olan bir rəftar, ya da danışığın qarşılıqsız qalmayacağını bilir. Allahın hər an hər şeydən xəbərdar olduğunu, hər yeri qucaqlayıb əhatə etdiyini, özünə şah damarından yaxın olduğunu bilərək hərəkət edər.
Məhz Allah möminin bu gözəl rəftarına qarşılıq onu dünyada və axirətdə əbədi olaraq rəhməti, razılığı və cənnətiylə mükafatlandırar:

Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir. (Rəhman surəsi, 46)

Əlbəttə ki, Allahı haqqıyla təqdir edə bilmək üçün Quran ayələrini çox yaxşı bilmək lazım olduğu kimi, Onun xarici dünyadakı ayələrini: dəlillərini də yaxşı bilib tanımaq şərtdir. Ən kiçik bir atomdan, ya da bir canlı hüceyrəsindən nəhəng ulduzlara hətta qalaktikalara qədər Allahın saysız yaradılış dəlilləri haqqında ətraflı məlumat sahibi olmaq insanın Allah qorxusunu artırar. Çünki bunları bilmək insanın, Allahın yaratdığı şeylərdə təcəlli edən sonsuz ağlına, gücünə, elminə çox daha yaxından şahid olmasını, Allahın qüdrətini, digər insanlara görə, daha çox təqdir edə bilməsini təmin edər. Bu da Ona qarşı duyduğu qorxu və haşyetin qat-qat artmasına vəsilə olar. Məhz Allah bu sirri bir ayəsində belə açıqlayır:

... Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 28)

 

Allahın təhdidindən qorxarlar

Allah bir ayəsində möminin, Öz mövqeyindən qorxduğu kimi, təhdidindən də qorxduğunu bildirir:
.
.. və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. (İbrahim surəsi, 14)

Allahın təhdidi, Rəbbimizə iman və itaət etməyən, Onun razılığını güdməyən, əmr və qadağanlarını tanımayanlar üçün vəd etdiyi fiziki, mənəvi sonsuz bir əzabdır. Bunun yeri də cəhənnəmdir. Mömin, bu dünyada heç kimin Allahın əzabından əmin ola bilməyəcəyini çox yaxşı bilir. Buna görə Allahın, inkarçılara vəd etdiyi cəhənnəmdəki dözülməz və sonsuz əzaba düşməkdən qorxar. Möminlərin bu ruh halı Quranda belə təsvir edilir:

O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər. O kəslər ki, Rəbbinin əzabından qorxurlar. Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil. (Məaric surəsi, 26-28)
Allahdan içləri titrəyərək qorxan möminlər, Quranı oxuyarkən cəhənnəmlə əlaqədar ayələrin hamısını tək-tək öz nəfsləri üzərində düşünürlər. Çünki Quran ayələrində, Allahın davamlı möminlərə xitab edən xəbərdar edib qorxutması yer alır; inkarçılar isə onsuz da Allahın kitabını oxumazlar, oxusalar da gərəyi kimi qavraya bilməzlər. Bu səbəbdən, möminlər, bu ayələrin Allahın mömin qullarını xəbərdar etmək və onları cəhənnəmdən çəkindirmək üçün olduğunu düşünürlər. Çünki, Qurandan öyüd ala biləcək və Allahın əzabından qorxub çəkinə biləcək yalnız özləridir. Bundan ötəri də digər insanları deyil, Quranda təriflənən təqva sahibi möminləri və üstün əxlaq sahibi peyğəmbərləri özlərinə nümunə götürürlər. Məhz bunun təbii bir nəticəsi olaraq "cəhənnəm ayələri digər insanları maraqlandırır, mən isə möminəm" kimi özündən əmin bir ruh halı içinə girməzlər. Əlbəttə, imanlarından ötəri Allahdan daim qurtuluşu və rəhmətini ümid edərlər. Ancaq bu, "... Rəbbinə qorxu və ümidlə dua edərlər..." (Səcdə surəsi, 16) ayəsində diqqət çəkildiyi yenə qorxuyla qarışıq bir ümiddir.
Allah Quranda insanları cəhənnəmdən çəkindirmək üçün bir çox xəbərdarlıq və xatırlatma etmişdir. Bəlkə qorxub çəkinsinlər deyə inkarçıları axirətdə qarşılaşacaqları əzabla təhdid etmişdir. Bu Quranda belə vurğulanır:

..”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!” Onların üstündə də oddan təbəqələr, altında da oddan təbəqələr olacaqdır. Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun! (Zumər surəsi, 15-16)

Həqiqət budur ki, Allah insanları istər ayələriylə, istər elçiləri vasitəsilə, istərsə də yaşadıqları hadisələrlə Özündən çəkindirir. Onları səsləyir, əzabıyla qorxudur. Amma bu xəbərdarlıqlar  "... Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. " (İsra surəsi, 60) ayəsinin bir təcəllisi olaraq inkarda dirənənlərə bir fayda vermədiyi kimi, nifrətini daha da artırar. Və o zaman da yalan hesab etdikləri əzab haqq olar. Allah ayələrdə belə buyurur:

Vay sənin halına, vay!  Yenə də vay sənin halına, vay! Bəlkə insan özbaşına qoyulacağını güman edir? (Qiyamət surəsi, 34-36)

Dünyada olduqları müddət ərzində Allah qorxusundan uzaq yaşayan və Allahın əzabını yalan hesab edənlər, hesaba çəkildikdən sonra kitablarını sol yanlarından alarlar və bu an artıq haqlarında hökmün verildiyi və sonsuz əzaba məhkum olduqları andır. Dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Daha çatmadan başlarına gələcəklərin qorxusu bütün mənliklərini əhatə edər. Psixoloji olaraq tamamilə çökmüş vəziyyətdədirlər. Süründürülərək cəhənnəmin qapısına çatarlar. O anı Allah ayələrində belə bildirir:

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!” – deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində haqq oldu. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! (Zumər surəsi, 71-72)
Bu şəkildə bir daha əsla çıxmamaq üzrə cəhənnəmin qapılarından içəri girərlər. Cəhənnəmin qapıları üzərlərinə bağlanılar və kilidlənər. Heç bir qaçış imkanı yoxdur. Artıq bədənləri və ruhları sonsuza qədər dözülməz ağrılar içində qıvrılacaqdır. Amma gördükləri əzabların heç biri onları öldürməyəcəkdir. Hər dəfə dəriləri yenilənəcək və onlar işlərinin bitirilməsini istəyəcək, amma özlərinə belə cavab veriləcəkdir:

Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!” – deyəcək. (Zuxruf surəsi, 77)

Cəhənnəmdəki əzabların fərqli növləri vardır. Bunların hər biri insanın xəyal gücündən kənardır. İnkarçı cəhənnəmin odunu olar (Cin surəsi, 15), atəşin üstündə tutulub şam kimi əriyib, üzü atəşdə o yan-bu yana çevrilir, əlləri bağlı olaraq atəşin dar yerinə atılar, qaynadılar, dağlanar, bu haldaykən dəmirdən qamçılarla qamçılanar, qətrandan paltarlar geyər, atəşdən yataqlara uzadılar, üstünə atəşdən örtülər örtülər, darı tikanı və zəhərli zəqqum yeyər, qan və irin içər, başından aşağı qaynar su tökülər, içirdiləcək qaynar su bağırsaqlarını parça-parça qoparar, atəş üzünü yandırar, dişləri ağarmış halda qalar, nəfəs alıb-verməsi belə qəhr doludur. Bütün bunlar bir daha sona çatmayacaq olan fiziki əzabın yalnız bir hissəsidir.
Cəhənnəm əhli fiziki olduğu kimi psixoloji olaraq da acı çəkər. Çarəsizlik, ümidsizlik, peşmanlıq, alçaldılma, rəzil olma, kiçik düşmə, xorlanma, hirs, kin və çəkişmə duyğularının qarışığı nəticəsində yaşadıqları əzab da bir tərəfdən özlərini yeyib-bitirər. Bu qədər kütlənin arasında hər kəs yalnızdır və bir-birinə düşməndir. Davamlı bir-birlərini lənətləyərlər. Qışqırıqlar, hayqırışlar, yalvarmalar, qəhr dolu inləmələr bir-birinə qarışar.
Ancaq bunu unutmayın: Cəhənnəmdə bu əzabları yaşayanlar başqa varlıqlar deyil. Dünyada küçədən keçərkən gördüyünüz, bir qismini tanıdığınız, bildiyiniz insanlardır. Heç bir şey dəyişməmişdir, hamısı eyni şüur açıqlığında insanlardır. Bəlkə də heç gözləmədikləri bir anda ölüm mələkləri canlarını almış və özlərini etdiklərinin qarşılığını ödəyərkən görmüşlər. Allahın yaratdıqları arasında, Allahın bu böyük təhdidinin şüurunda olub davamlı qorxu və ümid içində yaşayanlar isə yalnız möminlərdir:

Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. (Furqan surəsi, 65)

Bununla bərabər Allahdan bir rəhmət olaraq Peyğəmbərimiz (s.ə.v.)-in belə bir hədisi də vardır:

Hz. Peyğəmbər (s.ə.v.) belə buyurdu: "Ürəyində zərrə qədər iman olan kimsə atəşdən çıxacaq." Əbu Səid deyir ki: "Kim (bu xəbərin ifadə etdiyi həqiqətdən) şübhəyə düşsə bu ayəni oxusun: " Həqiqətən, Allah zərrə qədər haqsızlıq etməz... " (Nisa surəsi, 40) (Tirmizi, Sıfatu Cehennem 10, (2601))

 

Allahın razılığını və sevgisini itirməkdən qorxarlar

Səmimi və dərin bir Allah sevgisinə sahib olan möminlər bu sevgini bəsləyən ən əhəmiyyətli duyğunun yenə səmimi, dərin və hörmət dolu bir qorxu olduğunu çox yaxşı bilirlər. Allah sevgisinin tərifsiz mənəvi həzzini dadan möminlər, Allaha qarşı bir səhv və ya qüsur işləyərək ən çox sevdikləri varlığın sevgisini və razılığını, dostluğunu itirməkdən çox qorxurlar.
Allah qorxusu eyni zamanda Allah sevgisinin də qaynağıdır. Çünki Allah sevgisi ancaq Allaha yaxınlaşmaqla, Allahla dərin və səmimi bir əlaqəyə girməklə reallaşar. Allaha yaxınlaşmaq isə Onun sevgi və razılığını qazanmaqla, yəni Onun sərhədlərini qorumaqla və Onun əmrlərini yerinə yetirməklə mümkündür. Bu isə Allah qorxusu olmadan əldə edilə biləcək bir vəziyyət deyil. Çünki Allahdan qorxmayan bir insanın nəfsi, onu davamlı olaraq Allahın razı olmadığı şeyləri etməyə, razı olacağı şeylərdə isə laqeyd və zəiflik göstərməyə təşviq edər. Buna görə də Allah razılığını qazanmağın yeganə yolu Allah qorxusudur. Bu, Allahın qoyduğu bir qanundur. O halda, Allahdan gərəyi kimi qorxmadan Onun sevgisini və razılığını qazanacağını sanmaq böyük bir cahillik və aldanış olacaq.
Hər şeydən əvvəl Allah Özündən qorxmalarını insanlara əmr etmişdir. Buna görə, Allahın bu əmrini gözardı edib, yalnız Allahı sevməyin kafi olduğunu söyləməyin heç bir məntiqi ola bilməz. Allahdan qorxmadığı halda Onu sevdiyini söyləyən bir kimsə həqiqətdə özünü aldatmaqdan, vicdanını rahatlatmağa çalışmaqdan başqa bir şey etməz. Allah sevgisi dediyi şey, öz primitiv və səthi dünyagörüşüylə başında qurduğu bir sevgi növüdür. Həqiqi Allah sevgisiylə heç bir əlaqəsi yoxdur. Allahı həqiqətən çox sevən bir insan Onun əmrlərinə əməl etmək mövzusunda son dərəcə diqqətli və qərarlı olar. Allah Özündən qorxmağını əmr edər, bunun lazımlı olmadığını müdafiə edən bir insan, ancaq özünü aldada bilər. Həmçinin, bu ağılsız iddianın "oruc, namaz kimi ibadətlərə ehtiyac yoxdur" deməkdən heç bir fərqi yoxdur. Belələri, yalnız Allah qorxusu mövzusunda deyil, Allahın bir çox əmrini yerinə yetirməmək üçün də müxtəlif bəhanələrə müraciət edərlər.

 

Allahın dünyada da qarşılıq verə biləcəyini bilirlər

Quranda, Allahın bəzi insanları işlədikləri cinayətlər səbəbiylə cəzalandırmasıyla əlaqədar bir çox nümunə var. Allah özlərinə bir çox fürsət verdiyi halda inkarda müqavimət göstərən insanlar, etdiklərinin qarşılığını daha dünyadaykən almışlar və insanların gözləri qarşısında ibrət olmuşlar.
Bu ibrət, özünə Allah böyük bir mülk və xəzinə verdiyi üçün ərköyünləşən və təkəbbürə qapılan Qarunun hekayəsində xüsusilə vurğulanır. İnsanlar əvvəl güc sahibi sandıqları Qarunun yanında böyük bir heyranlıq duymuşlar, amma sonra Allaha qarşı qorxmadan təkkəbbür göstərdiyinə görə məruz qaldığı sonunu gördükdə həqiqəti anlamışlar. Qarun, azğınlığının qarşılığını kimsənin heç ümid etmədiyi bir zamanda, görünməmiş bir şəkildə almış və insanlara böyük bir ibrət olmuşdur:

Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”. (Qəsəs surəsi, 79)

Nəhayət, onu da, malikanəsini da yerin dibinə keçirdik. Beləcə, Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. Və o, öz-özünə kömək edə bilmədi.
Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” (Qəsəs surəsi, 81-82)
Quranın daxilində bildirilən və Qarun qissəsində də xüsusi olaraq diqqət çəkilən xüsus, Allahın nə qədər görkəmli, güc sahibi birlikləri dünyada əzablandırması və bununla insanlara Allahın əzabından özlərini qoruya bilməyəcəklərini göstərməsidir. Bu həqiqət başqa bir çox ayədə bildirilmişdir:

Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər.... (Rum surəsi, 9)

... Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? (Qəsəs surəsi, 78)

Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik. (Məryəm surəsi, 74)

Mömini başqa insanlardan fərqli edən şey bütün bunların şüurunda olub Allahdan içi titrəyərək qorxması və çəkinərək hərəkət etməsidir. Bir səhv və ya günah etdiyində Allahın o anda bunun qarşılığını verməyəcəyindən əmin ola bilməyəcəyi üçün dərhal Allaha yönəlib tövbə edər, Allahdan bağışlanma diləyər və peşmanlığını dilə gətirər.
Mömin, Allahdan çox qorxar, amma bununla birlikdə Allahın sonsuz mərhəmətinə də güvənər. Bu, yalnız axirəti düşünməyin gətirmiş olduğu bir həssaslıqdır.
Allah, Quranda bunun tam tərsini, yəni özlərinə əzabın gəldiyini gördükləri halda heç özlərinə aid etməyən və eyni rəftarlarını davam etdirən insanların vəziyyətindən belə bəhs edər:

Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud dedi: “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir! O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq. (Əhqaf surəsi, 24-25)

Nəticə olaraq, Qurana baxdığımızda görürük ki, edilən heç bir pislik və günah - tövbə edilib, imtina edilmədiyi müddətcə- Allahın uca ədalətinin gərəyi olaraq qarşılıqsız qalmır. Amma bu qarşılıq, bəzən dünyada insanlara çatır, bəzən isə hesab günündə ortaya çıxır. Nankorluq edib, etdiklərindən imtina etməyənlər, Allahın özlərinə bir anda verəcəyi əzabından əsla arxayın olmamalıdırlar. Bu vəziyyət Quranda belə bildirilmişdir:

Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. (Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.  (İsra surəsi, 68-69)

Bir insan məsuliyyətsiz bir həyat yaşaya bilməz. Çünki insan özbaşına deyil. Allaha qarşı məsuldur. Bunu rədd etsə çox şiddətli bir qarşılıq görər. Bütün güc Allahın əlindəykən belə bir cürət göstərmək, o adamın Allahın qədrini haqqıyla təqdir edə bilməməsindən başqa bir şey deyil. Çünki Allah istəsəydi, o anda adamdan bütün nemətlərini çəkib ala bilər. Allah ayələrində insanlara, əllərindəki hər cür nemətin bir anda alına biləcəyini belə xatırlatmışdır:

Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Yusif surəsi, 40)

Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər. (Yasin surəsi, 66-67)

Həqiqət budur, insan sahib olduğu hər şeyi, aldığı hər nəfəsi, yaşadığı hər anı Allaha borcludur. Məhz möminlər bu həqiqətlərin fərqində olduqlarından, Allahdan, Allahın sərhədlərini aşmaqdan daimi bir qorxu duyarlar.

 

Ölümə hazırlıqsız yaxalanmaqdan qorxarlar

İnsan ölümlü bir varlıqdır. Ancaq orta hesabla 60 il kimi qısa bir müddət dünyada qalacaq. Bundan sonra isə onun üçün sonsuz bir həyat başlayacaq. Bu sonsuz həyatı, ya nemətlərlə doldurulmuş cənnətlər içində, ya da insanın ruhuna və bədəninə acı vermək üçün xüsusi olaraq yaradılmış bir əzab məkanı olan cəhənnəmin içində yaşayıb keçirəcəkdir. Allah dilədiyi an insanın dünyadakı həyatına son verib, axirətə keçirə bilər. Əmin olun ki, bu keçid bir göz qırpması qədər tez reallaşacaq.
İnsan öləcəyi, imtahanının sona çatacağı və haqqında qəti hökm veriləcəyi vaxtı bilə bilməz. Buna görə, bu an gəldiyində hazırlıqsız yaxalanmaqdan, hesabını verə bilməyəcəyi, laqeyd yanaşdığı, sonraya saxladığı mövzuların olmasından çox qorxub çəkinməsi lazımdır. Çünki ölüm mələkləri gəldiklərində artıq əskiklərini tamamlamaq, edilməsi lazım olan şeyləri düzəltmə kimi bir imkan olmayacaq. O ana qədər etdikləri yanına fayda və ya zərər olaraq qalacaq və bunlardan hesaba çəkilərək haqqında hökm veriləcək. Ölüm geriyə dönüşü olmayan bir həqiqətdir. İnsana, "öyüd alıb düşünən bir kimsənin öyüd-nəsihət ala biləcəyi qədər" (Fatir surəsi, 37) müddət verilmişdir. Ölüm gəldiyi anda bu müddət tamamlanmışdır. İnsan nə qədər yalvarıb-yaxarsa da özünə daha bir fürsət verilməz. Allaha qarşı yerinə yetirmədiyi məsuliyyətlərini yerinə yetirməsi üçün əlavə bir müddət verilməz. Allah, belə bir qəflətə və laqeyidsizliyə düşməmələri üçün möminləri belə xəbərdar etmişdir:

Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Munafiqun surəsi, 10-11)

İnsan, heç bir zaman özünü və etdiklərini kafi görməməli, ölümün hər an reallaşa biləcəyinin şüurunda olaraq, geri dönüşü olmayan bir sona hazırlıqsız yaxalanmaqdan qorxmalı, hər anını Allahın sərhədlərini ən çox gözləməyə çalışaraq keçirməlidir.

 

Ölümü düşünmək Allah qorxusunun artırar
ADNAN OKTARIN TEMPO TV-DƏKİ CANLI REPORTAJI, 13 yanvar 2009
ADNAN OKTAR: Ölüm çox böyük bir nemətdir. İnsanın Allaha qovuşması, cənnətə açılan bir qapıdır, mömin üçün inşaAllah. Və dünya ehtirasını ortadan qaldıran qəti dəlildir. Ölüm insanları əvəzolunmaz tərbiyə edən, əxlaqların nizama salan ən əhəmiyyətli səbəblərin əvvəlində gəlir. Çox təsir edər insana, bütün insanlara çox təsir edər ölüm. Və cəhənnəm qorxusu, yəni Allah qorxusu. Bunlar olduqda insanlar daha müşfiq, mərhəmətli, şəfqətli, daha ağıllı, daha mehriban, daha lətif, daha gözəl xasiyyətli olurlar. Və gözəl əxlaqın mənşəyini meydana gətirir bu zəmin. Ona görə ölümü, Allaha bir yaxınlaşma, cənnətə vəsilə kimi görərik və o istiqamətdə də onu nemət olaraq bilirik inşaAllah.

 

Qiyamət günündən qorxarlar

İman etməkdə olanların Allaha və qiyamət gününə qarşı bəslədikləri qorxu ayədə belə təsvir edilir:

O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər. (Ənbiya surəsi, 49)

Bir başqa ayədə də, iman edənlərin haqq-hesab gününə qarşı içlərində daşıdıqları qorxudan belə bəhs edilir:

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Allah qorxusundan uzaq yaşayan insanların həyatları boyunca gözardı etdikləri, möminlərin isə çəkinərək hərəkət etdikləri hesab anı gəldiyində, insanın dünyada etdikləri bir-bir özünə göstəriləcək. Dünyada olduğu müddət ərzində hər etdiyi, hər niyyəti gözlər önünə səriləcək. Üstəlik, ən kiçik bir ayrıntı belə unudulmadan...

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır (Zəlzələ surəsi, 6-8)
Məhz o anda, Allahdan qorxub çəkinməkdə məsuliyyətsiz bir ömür sürənlər, başlarına gələcəklərini anlamışlar. Qorxu və peşmanlıqdan ölməyi, yox olmağı istəyərlər. Yaşadıqları dağıntı ayələrdə belə izah edilir:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Haqqə surəsi, 25-29)

Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. (İnşiqaq surəsi, 10-15)

Bundan sonra artıq insanın kitabındakı əməlləri Allahın hesab günü üçün hazırladığı həssas tərəzilərlə çəkiləcəkdir. Və zərrə qədər belə haqsızlığa məruz qalmayacaq. Məhz o an insan əgər çəkinənlərdən deyilsə, çəkidə yüngül gələcək və tutulub zəncirə vurularaq aid olduğu yerə göndəriləcəkdir. Kimsə kimsəyə kömək edə bilməyəcəyi kimi insanın özünə də bir faydası olmayacaqdır. Çarəsizliyin ağrısı bütün mənliyini bürüyəcək.

Kimin tərəziləri yüngül gələrsə, məskəni Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (Qariə surəsi, 8-11)

Dünyada qorxusuz bir həyat yaşayan insanın Allaha qarşı işlədiyi bütün cinayətlər tək-tək ortaya tökülər. Yalnız etdikləri deyil, ürəyindən keçirdiyi bütün pisliklər də. O an hiss etdiyi utanc tərifsiz bir utancdır. Heç bir şeyi inkar edə bilməz. O, inkar etməyə qalxsa eşitmə, görmə duyğuları və dəriləri Allah dilədiyi üçün dilə gəlib danışar, əleyhinə şahidlik edərlər.
Məhz iman edənlərin hər an şuurlarını açıq saxlayan, onları çəkindirən və dəqiqliklərini artıran qorxu belə bir günün qorxusudur. Bilirlər ki, Allahın, "O inkar edənlər müsəlman olmalarını arzulayacaqlar" (Hicr surəsi, 2) ayəsi o gün təcəlli edəcək.

Hal-hazırda da imtahan davam edir və bir az əvvəl yuxarıda təsvir edilən mühitdə tərəziyə gətiriləcək olanlar içinə, bu an yaşadıqlarımız da daxil olacaq. Buna görə insanın dünyada olduğu müddət içində hesabını verə bilməyəcəyi hər şeydən çəkinməsi lazımdır. Onsuz da ağıl sahibi bir insan üçün bunun əksi mümkün deyil. Allah hər yeri və hər şeyi əhatə etmişkən və insana şah damarından daha yaxınkən, vəzifəli mələklər də ən kiçik təfərrüatı belə qeyd edərlərkən insanın müvəqqəti və dəyərsiz dünyəvi mövzularla özünü məşğul etməsi və hesab gününü unutması mümkün olan ən böyük qəflətdir.
İnsan səhər gözünü açdığı andan etibarən Allah özünə yeni bir gün, yeni bir fürsət daha yaratmış deməkdir. İnsan, dərhal Allaha hesab verəcəyi anı xatırlayıb, günə səmimi bir niyyətlə başlamalıdır. Niyyəti isə, Allahın razı olmayacağı və özünün də hesabını verə bilməyəcəyi hər şeydən uzaqlaşıb çəkinərək, hərəkət etmək olmalıdır. Unutmamaq lazımdır ki, o an gəldikdə həbs edilən sonsuz əzaba göndəriləcək olanlar, "kaş ki" deyəcək olan insanlardır.

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33)

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313