Allahdan qorxan bir insan necə bir əxlaqa malikdir?

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız. (Əraf surəsi, 26)

Quranın bir çox ayəsində Allahdan qorxan möminlərin rəftar və davranışlarından nümunələr verilmişdir. Bu nümunələr əsasında Allahdan qorxan kəslərin sahib olduqları təməl əxlaq xüsusiyyətlərini açıqlayaraq belə maddələrə bölə bilərik:

 

Yalnız Allahdan qorxar

Mömin, "... onlardan qorxmayın, Məndən qorxun ki, sizə olan nemətimi tamamlayım. Ola bilsin ki, doğru yola yönələsiniz" (Bəqərə surəsi, 150) ayəsinin hökmü gərəyi, Uca Allahdan başqa heç bir kimsə və ya birlikdən qorxmaz və çəkinməz. Xeyir və zərərin, xeyir və şərin yalnız Allahdan gələ biləcəyinin, başına gələcək bütün hadisələrin ancaq Allahın diləməsi və yaratması ilə, Allahın təyin etdiyi bir qədər üzrə reallaşa biləcəyinin şüurundadır.
Bu xüsusiyyət, Allahın dinini təbliğ edərkən çox vaxt bütün qövmlərini qarşılarına alan, buna baxmayaraq vəzifələrində ən kiçik güzəştə belə getməyən bütün elçilərdə görünər. Allah elçilərini bir ayəsində belə nümunə verir:

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)

Allaha iman edən insan da peyğəmbərlərin bu üstün xüsusiyyətini özünə nümunə götürər və yaşayar.

Yalnız Allahı məmnun etməyə çalışır

Mömin, Allahın hər şeyin hakimi olduğunu, yeganə güc və qüvvət sahibi olduğunu, hər şeyin Allahın diləməsi ilə mövcud olub, varlıqlarını davam etdirdiklərini bilir. Buna görə, həqiqətdə heç bir güc və qüvvəyə, təsirə sahib olmayan yaradılmışların razılığını güdməyin faydası olmayacağının şüurundadır. Bu dünyada Allahdan qorxaraq Onun razılığını axtarması, onu, axirətdəki qorxunc əzabdan qurtaracaq:

Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir! (Ali İmran surəsi, 162)

Kiçik-böyük hər şeyin ortaya töküləcəyi, əllərin və dərilərin şahidlik edəcəyi bir vaxt gələcəkdir. Bundan qorxan mömin həyatını bu həqiqətə görə yaşayar və Allahın rizasından qətiyyən heç bir şərtdə və heç bir halda güzəştə getməz. Hz. Yusifin rəftarı bu mövzuda çox gözəl bir nümunədir. Yusif peyğəmbər onunla birlikdə olmaq istəyən qadının bütün təhdid və intriqalarına baxmayaraq iffətini qorumuş, Allahın razılığından əsla vaz keçməmiş və Onun sərhədlərini tapdalamaqdansa, zindana girməyi seçmişdir. Allah bu üstün əxlaqı ayələrində belə bildirir:

Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”. Yusif dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.  (Yusif surəsi, 32-33)

 

Hər zaman vicdanla hərəkət edər

Allaha qulluq edən adam, nəfsinin istək və arzularına itaət etməz. Bilə-bilə belə davrandığı təqdirdə dünyada və axirətdə Allahın qəzəbinə uğramaqdan şiddətlə çəkinər. Əks bir rəftar göstərdiyi təqdirdə aşağıdakı ayələrin hökmünə girəcəyindən qorxar. Allah ayələrində belə buyurur:

Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. (Rum surəsi, 29)

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

 

Quranda təsvir edilən bütün gözəl əxlaq xüsusiyyətlərini yaşayar

Allahdan qorxan adam, sədaqət, vəfa, doğruluq, dürüstlük, səmimiyyət kimi bütün gözəl əxlaqa aid rəftarları göstərər. Quranın bir çox yerində bu üstün əxlaq xüsusiyyətlərini sərgiləyən möminlərdən bəhs edilir. Həqiqətdə, bütün insanların həsrətini çəkdiyi insan modeli də budur. Lakin, Allah qorxusu olmadığı təqdirdə bir insanda bu xüsusiyyətlərin həqiqi mənada və davamlı olması əsla mümkün deyil. Çünki Allahdan qorxmayan bir adam öz mənfəətləri ilə zidd düşdüyü zaman Quran əxlaqını deyil, maraqlarının tələb etdiyi davranış formasını mənimsəyəcək. Allahdan, Ona hesab verməkdən, cəhənnəmə girib pis davranışlarının qarşılığını görməkdən qorxmadığı üçün belə davranmasına maneə törədən bir narahatlığı yoxdur.

 

Kimsə görmədiyi zaman da Allahın sərhədlərini qoruyar

Allaha qarşı dərin bir haşyet duyan adam, insanların arasında olduğu zaman da, kimsənin görmədiyi mühitlərdə də Allaha qarşı çıxmaqdan eyni dəqiqliklə çəkinər. Çünki bir pisliyi, istər hər kəsin içində, istər tək başına etsin, istər aşkara vursun, istəsə də gizli saxlasın, Allahın bunu biləcəyini, Allahın açığı da, gizlini də, gizlinin gizlisini də bildiyini və özünü hamısından sorğuya çəkəcəyini bilir. Bu mövzudakı səmimiyyətini Allahın sınayacağını və imtahan qəsdiylə özünə müxtəlif fürsətlər, uyğun mühitlər yaradacağını da bilir. Allah bir ayəsində möminlərə belə əmr etmişdir:

Günahın aşkarından da, gizlisindən də əl çəkin. Çünki günahı qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar. (Ənam surəsi, 120)

 

Hər vəziyyətdə Allaha yönəlir

Allahdan gərəyi kimi qorxub çəkinən möminlər Allahdan qarşılıq görmə mövzusunda son dərəcə həssasdırlar. Belə ki, özlərinə baş verən bir müsibət qarşısında və ya işlərində bir mənfilik hiss etdiklərində və ya hər hansı bir çətinliklə üzləşdiklərində dərhal bir vicdan mühasibliyi edər, Allahın məmnun olmayacağı bir şey edib-etmədiklərini nəzərdən keçirərlər. Və Allahdan bağışlanma diləyib, Ona dua edərlər. Allahın razılığını qazanmağa olan düşkünlükləri və eyni şəkildə Onun razılığını itirməkdən duyduqları qorxu, onları son dərəcə həssas hala gətirmişdir. Bu mövzuda da hz. Davud peyğəmbərin rəftarı möminlər üçün gözəl bir nümunə təşkil edir. Quranda hz. Davudun Allaha göstərdiyi dərin hörmət bu mübarək Peyğəmbərin yaşadığı bir hadisəni izah edilərək belə xəbər verilir:

Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər. Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər! Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: “Onu mənə ver!” – dedi və mübahisədə mənə üstün gəldi”. Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır. (Sad surəsi, 21-25)
Ayədən göründüyü kimi, hz. Davud son dərəcə ədalətli bir qərar verdiyi və hökmünün doğruluğu bəlli olduğu halda Allah qorxusu ilə Rəbbimizə yönəlmiş və yenə də bağışlanma diləmişdir. Şübhəsiz, qəlbdə yaşanan bu qorxunun təqlidi mümkün deyil. Bu, ancaq Allahın qədrini haqqıyla təqdir edənlərin Ona olan sevgisindən və hörmətindən ötəri, Rəbbimizin razılığını itirmə qorxusudur.

Bütün peyğəmbərlərin və saleh möminlərin üslublarına baxdığımızda ortaq bir nöqtə diqqətimizi çəkər. Hamısı Allahdan hörmətlə qorxan, əzabından şiddətlə çəkinən qullardır. Lakin bu qorxunun ardında eyni zamanda çox səmimi bir sevgi və dostluq hiss edilir. Daim Allahı təsbih etməyə və ucaltmağa davam etmələri onların Allaha qətiyyətlə bağlandıqlarının bir göstəricisidir.

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313