Allahdan qorxmayan insan necə bir əxlaqa sahibdir?

Gözəl bir əxlaqa sahib ola bilmək ancaq Allahdan qorxmaqla və Onun əmrlərinə qəti olaraq boyun əyməklə mümkündür. Bir insanın gözəl əxlaqa sahib olması və bunu qətiyyətlə davam etdirə bilməsi üçün, güclü bir Allah sevgisi ilə birlikdə güclü və dərin bir Allah qorxusu daşıması lazımdır. Allahdan gərəyi kimi qorxa bilmək isə, Allahın böyüklüyünü, şanını və əzəmətini, üstün məqamını, sonsuz elm və qüdrətini, qulları üzərindəki qeyd-şərtsiz güc və hakimiyyətini, dilədiyini dilədiyi kimi reallaşdıra biləcəyini davamlı olaraq düşünmək və təfəkkür etməklə, Allahın vədinə, təhdidinə, haqq-hesab gününə, cəzasının şiddətinə, cəhənnəm əzabının sonsuzluğuna və qorxuncluğuna qəti olaraq iman etməklə mümkündür. Bu iman, güclü bir Allah qorxusunu doğurar. Bu qorxu da, insanın bütün rəftar və davranışlarını, hərəkət və söhbətlərini Allahın bəyəndiyi, razı olduğu əxlaq istiqamətində tənzimləməsini təmin edər. Allahdan qorxan adam Onun sərhədlərini qorumağa qarşı dərin bir həssaslıq içində olar.
Allahdan qorxmayan insanlar isə, Allahın bəyənmədiyi hər cür rəftarı göstərə bilərlər. Allaha hesabat verəcəyini unutmuş bir insanın dürüstlük göstərməsi, insanlara fədakar olması, ədalətli və namuslu olması, qısacası gözəl əxlaqlı olması üçün heç bir səbəbi yoxdur. Onun bütün əxlaqını yalnız öz fərdi ehtirasları və mənfəətləri formalaşdırır. Və ölümlü insanlara gözəl əxlaq göstərməyin onun üçün bir mənası ola bilməz.
Bu dünyagörüşünün bir nəticəsi olaraq insanın öz mənfəətləri uğruna etməyəcəyi şey yoxdur. Allahın qədrini gərəyi kimi təqdir edə bilmədiyindən Allahın əzabı onun üçün çəkindirici bir ünsür olmaz. Allahdan qorxmadığı və qarşılıq görəcəyini düşünmədiyi üçün həddi aşmaqda, insanlara zalımcasına bir rəftar göstərməkdə heç bir sərhəd tanımaz və bacardığı qədər azğın bir xarakter sərgiləyər. Allahın əzəmətini və intiqam alacağını ağlına gətirmədiyi üçün rahatlıqla Allahın sərhədlərini aşar.
Bu səbəblərdən ötəri Allah qorxusu olmayan insanlar, hər cür günaha və əxlaqi pozğunluğa meyllidirlər. Həm Allahın dininə tabe olmazlar, həm də zalımcasına bir rəftar göstərərək digər insanları da Quran əxlaqından uzaqlaşdırmağa çalışırlar. Dinin təqdim etdiyi gözəl əxlaqın yaşanmasına qətiyyən dözə bilməzlər. Əlbəttə, bu insanlar dünyada işlədikləri zülmlərin əvəzini axirətdə görəcəklər. Allah Quranda bu insanları və gördükləri sonu belə xəbər vermişdir:

Kafir olub insanları Allah yolundan sapdıran kimsələr dərin bir azğınlığa düşmüşlər. Kafirləri və zalımları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir; içərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün asandır. (Nisa surəsi, 167-169)

Bu hissədə Allahdan qorxmayan zalım insanların Quranda təsvir edilən müəyyən xarakter xüsusiyyətləri araşdırılacaq.

 

Şeytanla olan bənzərlik: şüursuzluq

Allahın varlığını və gücünü bildikləri halda, Allahın dilədiyi şəkildə davranmayan, Ondan həqiqi mənada qorxmayan insanların vəziyyəti şeytanın vəziyyətiylə bənzərlik təşkil edir. Şeytanın davamlı təlqini və təsiri altında olan bu kəslər, az qala şeytanla eyni cür bir zehniyyət və ruh halı içindədirlər. Bu ortaq ruh halının ən diqqətə çarpan xüsusiyyəti isə şüursuzluqdur. Yəni insanın bildiyi və gördüyü bir həqiqət qarşısında lazım olan məntiqli reaksiyanı, göstərməsi lazım olan ən ağıllı mövqe və davranışı, ruh halını deyil, göz görə-görə yanlış, nizamsız və öz zərəri ilə nəticələnəcək reaksiya və davranışı göstərməsidir. Bu yanlış davranış tərzinin ən konkret nümunəsini şeytanın Allaha baş qaldırmağından görürük. Quranda bu hadisə bütün insanlara bir ibrət vəsiləsi olaraq çatdırılır.
Allah hz. Adəm (ə.s)-dan əvvəl mələkləri və cinləri yaratmışdı. Onlar Allahı tərif ilə təsbih edirdilər. Sonra Allah ilk insan olan hz. Adəm (ə.s)-ı yaratdı və mələklərin ona səcdə etmələrini əmr etdi. Mələklər Allahın əmrinə könüldən itaət edərək hz. Adəm (ə.s)-a səcdə etdilər. Ancaq mələklərin arasında olan və cinlərdən olan İblis, Allahın bu əmrinə üsyan edərək Ona üsyankar oldu. Çünki özünün hz. Adəm (ə.s)-dan daha üstün olduğuna inanırdı. Bu təkəbbürü üzündən, Allah ona, "Ey İblis, Mənim iki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?" (Sad surəsi, 75) deyə soruşduğunda belə cavab vermişdi:

... "Mən ondan daha xeyirliyəm ; Sən məni oddan, onu isə palçıqdan yaratdın." (Sad surəsi, 76)

Allahın əmrinə qarşı belə bir itaətsizliyə cürət edən iblisi Allah lənətlədi və onun üçün əbədi cəhənnəm əzabı təqdir etdi. Şübhəsiz, İblisin bu üsyanında ağıldankənar və tamamilə şüursuz bir ruh halı hakimdir. İblis Allahın varlığına şəxsən şahiddir. Belə ki, Allahla danışmışdır. Allahın sifətlərini, gücünü və sonsuz cəhənnəm əzabını da çox yaxşı bilir.
Şeytanın və Allah qorxusundan uzaq bütün insanların pis əxlaqdakı bənzərliyi burada gizlidir: Allahın varlığını bildikləri halda Onun hökmünə qarşı gələ bilmək və kafirlərdən olmaq. Bu əslində son dərəcə möcüzəvi bir hadisədir. Çünki bu məlumatlara sahib olan şeytanın çox üstün bir imana və qorxuya sahib olması lazımlıdır. Şüur səviyyəsi də eyni nisbətdə yüksək olmalı, Allaha son dərəcə itaətli və hörmətli olmalıdır. Halbuki, şeytan çirkin bir cürət və cəsarət göstərmişdir.
Həm Allahın varlığını tanımaq, Onun sonsuz gücünü və elmini qəbul etmək, həm də Ona qəsdli olaraq üsyan etmək açıq bir şüurla izah edilə bilməyəcək azğın bir vəziyyətdir.
Bir ayədə bu kəslərin vəziyyəti belə təsvir edilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)

Bir başqa ayədə isə inkarçıların şüursuzca davranışları və ruh halları belə xəbər verilmişdir:

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar. (Bəqərə surəsi, 171)

Bu insanların şüursuz şəkildə inkar etdikləri mövzulardan biri də, yenidən dirilişdir. Ancaq yoxkən var edilmiş və öləcəyini qəti olaraq bilən bir insanın bir daha necə dirildiləcəyini soruşması şübhəsiz son dərəcə heyrətamizdir. Bir ayədə, insanların yenidən dirilməsini inkar etmələrinin təəccüblü olduğuna belə diqqət çəkilir:

Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.  (Rad surəsi, 5)

 

Qürurlu və təkəbbürlüdür

Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

Allah qorxusu olmayan insanların ən diqqətə çarpan xüsusiyyətləri boş bir qürur və təkəbbür içində olmalarıdır. Bunun təməlində insanın özünü Allahdan müstəqil bir varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi durar. Halbuki, bu son dərəcə mənasız bir düşüncədir. Çünki insan son dərəcə aciz və bir çox əskikliyi olan bir varlıqdır. İstədiyi qədər özünü üstün və qüsursuz zənn etsin, mütləq yorular, acar, susayar, başı ağrıyar, yatmadan dura bilməz, xəstə olar, yaşlanar və əvvəl-axır nəticədə ölər, bədəni çürüyüb parçalanar.
Allahın böyüklüyünü, hər şeyi yoxdan var etdiyini, insanlara sahib olduqları bütün imkan və xüsusiyyətləri verənin O olduğunu, dilədiyi anda hamısını geri ala biləcəyini, bütün canlıların ölümlü olduğunu, yalnız Allahın varlığının baki olduğunu bilən və davamlı bunun şüurunda olan bir insanın, qürurlu və azğın bir rəftar içində olması mümkün deyil. Ancaq bunları qavraya bilməyən, əskikliklərini, acizliklərini və ölümlü olduğunu unudan, şüuru bulanıq bir insan belə bir şeyə cürət edə bilər. Eynilə, Allahın Quranda insanlara bu mövzuda ibrət olaraq verdiyi Qarun kimi...
Qarunun Allahdan qorxmadan azmasına və təkəbbürlənməsinə səbəb olan şey zənginliyidir. Mülkün hamısının Allahın olduğunu və diləsə hamısını geri ala biləcəyini unutmuş, bu xəzinələri özünün sahib olduğu bəzi xüsusiyyətlərindən ötəri öz ağlına görə layiq olduğunu düşünmüşdü:

Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar). (Qəsəs surəsi, 76-78)
Ayələrdə göründüyü kimi, Qarun eyni əxlaqdakı bütün insanlara ibrət olaraq daha dünyadaykən əzablandırılmışdır. Əgər iddia etdiyi kimi bir güc sahibi olsaydı şübhəsiz əvvəl özünü bu əzabdan qurtarardı. Ancaq nə elmi, nə xəzinələri, nə də birliyi və etibarı onu Allahın qəzəbindən qoruya biməmişdir:

Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” (Qəsəs surəsi, 81-82)

Qarunun vəziyyəti, Allah qorxusu daşımadıqları üçün təkəbbürlük ehtirasına qapılan və özlərini şiddətli bir sona sövq edən, açıq-aşkar bir nümunə təşkil edir. Axirətdəki gözəl nəticənin isə ancaq təkəbbürlənməyən təqva sahiblərinə aid olduğu bir ayədə belə bildirilir:

Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir. (Qəsəs surəsi, 83)

 

Qısqanc və təcavüzkardır

Allah qorxusundan uzaq insanlar içlərindəki təkəbbürü elə böyüdüb bəsləmişlər ki, yaxşı olan hər şeyə öz ağıllarına görə tək özlərinin layiq olduğunu düşünər, buna görə də başqalarının sahib olduqları üstünlükləri qısqanarlar. Bu mövzuyla əlaqədar Allah, Quranda ibrət olaraq hz. Adəm (ə.s)-ın iki oğlu arasındakı hadisəni izah etmişdir:

"Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. (Maidə surəsi, 27-30)
Allah qorxusu olan bir insan nəfsinin pisliklərindən çəkinər. Bunun xaricində heç bir qorxu insanda, öz mənfi xüsusiyyətlərini köklü bir şəkildə düzəltmə istəyi və səyi doğurmaz. Bu səbəblə, yuxarıdakı ayələrdə də açıqlandığı kimi Allahdan qorxmayan qardaşlardan biri nəfsinin sərhəd tanımaz pisliklərinə özünü təslim etmişdir. Qardaşına qarşı olan rəqabət duyğusundan və öz qurbanının qəbul edilməməsindən qaynaqlanan qısqanclıq və kini üzündən, bir anda öz qardaşını öldürməyə qalxa biləcək bir vəziyyətə girmişdir. Bu nümunə, nəfsinə uymanın və Allahdan qorxmamağın insana nələr etdirə biləcəyini, nə qədər qorxunc bir hala sala biləcəyini göstərən əhəmiyyətli bir ibrətdir.
Allahdan qorxmayan insan, nəfsinə toxunan bir hadisədə, sırf öz nəfsinin istəkləri üçün qarşısındakılara maddi və mənəvi zərər verməkdən əsla çəkinməz. Qısqanclıq eyni zamanda şeytanın xarakterinin də təməl xüsusiyyətidir. Şeytan da Allahın hüzurundan qovulduğunda, hz. Adəm (ə.s)-a qarşı olan kin və qısqanclığı tamamilə ortaya çıxmış və var gücüylə onun nəslindən gələcək insanları cəhənnəmə sürüyəcəyinə dair and içmişdir. Amma bu andı yenə ancaq öz tərəfdarları və dostları üçün məqbuldur. Uca Allahdan qorxub çəkinən səmimi möminlər üzərində isə heç bir təsiri yoxdur.

 

Müstağnidir

"Müstağni", heç bir şeyə ehtiyacı olmayan, hər cür qüsur, nöqsan və problemdən uzaq deməkdir və bu sifət ancaq Allaha məxsusdur. İnsanlar və digər bütün canlılar da Allahın yaratdığı və hər an Onun diləməsiylə həyatlarını davam etdirən, bir çox acizlik və ehtiyac içində olan varlıqlardır. Ancaq əvvəldə da ifadə etdiyimiz kimi, Allahdan qorxmayan insanlar, ağıl və şüurları bağlandığı üçün Allaha qarşı acizlik içində olduqlarını görməməzlikdən gəlirlər. Öz ağıllarını bəyənərlər və əskik, ya da səhv ola biləcəklərini düşünməzlər. Özlərindən son dərəcə əmin olduqları üçün də günaha girməkdən çəkinməz, narahatlıq duymazlar. Allah Quranda, bu zehniyyətin nəticəsinin "azğınlıq" olacağını bildirmişdir:

Xeyr; həqiqətən insan, azar. Özünü müstağni gördüyündən. (Ələq surəsi, 6-7)

Bu insanlar özlərini hər şeydən müstağni gördükləri kimi etdiklərinin cəzasını görməkdən, bəla və əzabla qarşılaşmaqdan da cahilcəsinə özlərini uzaq görərlər. Bu səbəblə, azğınlıqlarını israrla və şüursuz bir cəsarətlə davam etdirərlər.
Allahın bir sınağı olaraq nemətlərində bir artım olsa azğınlıqları daha da çoxalır. Halbuki bu, Allahın onlar üçün hazırladığı bir sınaqdır. Və azğın şəkildə yaşadıqları müddət artdıqca, cəhənnəmdə görəcəkləri əzabın şiddəti də eyni nisbətdə artacaq:

Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (Tövbə surəsi, 85)

Onlar bu həqiqətin fərqində olmadıqları üçün, Allahın sınamaq üçün verdiyi güc və imkanların, özlərini Allahın əzabından qoruya biləcəyi kimi bir yanılmaya düşərlər. Məsələn, möhkəm və lüks bir avtomobilin özlərini qəzadan, yaralanmaqdan, ya da ölümdən, möhkəm bir binanın isə zəlzələlərdən, fəlakətlərdən, hücumlardan qoruyacağını düşünərlər. İnsan əlbəttə, qorunmaq məqsədiylə möhkəm bir binada otura bilər. Ancaq dünyanın ən möhkəm binası belə yeri gəldiyində böyük bir fəlakət qarşısında dağılar. Bunun kimi bəhsi keçən insanlar, sahib olduqları imkanlarla alacaqları digər bir çox tədbirin özlərini hər cür təhlükə və bəladan qoruya biləcəyini, sağlamlıqları və bədənləri ilə əlaqədar alacaqları hər cür tədbirin özlərini sarsılmaz edəcəyini zənn edirlər.
Halbuki, bu, tamamilə nəticəsiz bir səydir. Tək bir virus belə Allahın əzabını bu insanlara daşımağa kifayətdir. Ya da beyinlərindəki tək bir kapilyar damarın çatlaması bu kəslərin sonsuza qədər yaşayacaqları əzabın başlanğıcı ola bilər. Heç kim və heç bir güc, bir insanı Allahın qəzəbindən qoruya bilməz. Allah bu həqiqətə "... Mənim qəzəbim, kimin üzərinə ensə, şübhəsiz o, bədbəxt olar." (Taha surəsi, 81) ayəsiylə diqqət çəkmişdir.
Allahdan qorxmayan kəslər özlərini ölümdən belə müstağni görərlər. Bu insanlar üçün, yaxın ətraflarından hələ yaşı gənc bir insanın ölümü, ya da şan-şöhrət, mədəniyyət səviyyəsi kimi mövzularda özlərindən üstün gördükləri bir insanın ölümü ani və gözlənilməz vəziyyətlərdir. Bu adamın xüsusilə, bir qəza, ya da ağır bir xəstəlik nəticəsində ölmüş olması, gənc və sağlam görünən bədəninin tanına bilməyəcək, hətta baxılmayacaq hala gəlməsi, ölümü unutmaq istəyən bu tip insanlara böyük bir zərbə olar.
Bəlkə də hələ bir-iki gün əvvəl birlikdə olduqları bir insanı yol kənarına atılmış avtomobilin yanında tanınmayacaq şəkildə yatarkən görmələri, daha sonra qara neylon torbanın içinə qoyulub ipinin tarıma çəkilməsi, unutmaq istədikləri çox şeyləri yadlarına salar. Özlərinə həm yaş, həm həyat tərzi, həm də ruh halı olaraq çox bənzəyən bir insanı, ətrafına toplaşmış bir izdiham tərəfindən yolda yatan cəsədi seyr edilərkən görmək, ürəklərini öz ölümlərinə və axirətlərinə heç hazırlıq etməmiş olmağın verdiyi qorxuyla doldurar. Çünki bəlkə də bir-iki gün əvvələ qədər üzərindəki paltarlarla insanlara göstəriş edən, əsas məqsədinin, öz peşəsində ən üst səviyyəyə gəlmək olduğunu və din ilə maraqlanacaq vaxtı olmadığını izah edən, ya da axirət mövzusunda lağ, zarafatlar edən bu tanıdıqları, indi çox fərqli bir vəziyyətdədir. Əməkdaşlar yola səpələnən və parçalanmış olan gözlüyünü, əzilən ayaqqabılarını və ya marka olduğu üçün lovğalanan digər əşyalarını süpürərək zibilə atarlar. Olduqca bəyəndiyi bədəninin qoxumaması üçün üçün dərhal meyitxanaya aparılan və orada digər ölülərin olduğu soyuq kabinetə buraxılan bu insan, bir-iki gün içində də ağ bir bezin içinə sarılaraq özü üçün açılan çuxurun içinə atılar.
Ancaq bir çox adamın, yaxını olan bir insanın ölümündən və bu vəziyyəti görməkdən duyduğu qorxu, çox qısa sürər. Aradan az bir müddət keçməmiş laqeyd və pərvazsız zehniyyətlərinə yenidən geri dönər və ölümü yenə özlərindən uzaq görməyə başlayarlar. Ətraflarında davamlı ölən insanları görmələrinə, axirətin varlığını bilmələrinə, bədənlərinin də get-gedə qırışmasına və ölümə addım-addım yaxınlaşmalarına baxmayaraq Allahdan qorxub çəkinmədikləri üçün ölümü israrla düşünməz, özlərindən uzaq görərlər. Buna görə də çox qısa müddət qalmasına baxmayaraq özlərinə nizam verəcəklərinə, özlərini Allahın dilədiyi şəkildə düzəldəcəklərinə, daha qalın bir qəflət pərdəsinə bürünərlər.

 

Dünyəvi qorxu və narahatlıqlarla doludur

Allah inancına və qorxusuna sahib olmayan insan üçün bütün dünya xaos və qeyri-müəyyənliklərdən meydana gələr. Hər şeyin təsadüflər nəticəsində inkişaf etdiyini, ətrafında olub bitən hadisələrin də özbaşına baş verdiyini sanar. Bu vəziyyətdə heç bir zaman həqiqi bir təhlükəsizlik və rahatlıq duyğusu yaşaya bilməz. Çünki hər an başına bir şeylər gələ bilər, onu üzəcək, zədələyəcək, zərər verəcək hadisələr baş verə bilər. Gələcəklə əlaqədar saysız narahatlıqları və qorxuları vardır. Məsələn, amansız bir xəstəliyə tutula, bütün pulunu itirə, ya da sevdiyi bir insandan ayrıla bilər. Və ya heç ümid etmədiyi fəlakətlər özünün, ya da yaxınlarının başına gələ bilər. Bütün bu mümkün hadisələri nəzarətsiz zənn etdiyi üçün hər birindən ayrı-ayrı qorxu və narahatlıq duyar. Hər birini öz idarəsi altına almanın mümkün olmadığını da bildiyi üçün böyük bir çarəsizlik və ümidsizlik içinə düşər.
Ətrafında özünü əzməyə, alçaltmaya çalışacaq saysız rəqibləri vardır. Bunlara qalib gələ bilməsi mümkün deyil. İnsanların özü haqqında nə düşündüyünə qədər hər şeyi tək-tək hesablamaq məcburiyyətindədir. Bu, ona təsvir edilməyən bir gərginlik və stress yaşadar.
Halbuki, yalnız Allahdan qorxan bir insan saydığımız bu qorxuların heç biri ilə əlaqədar olmaz. Allah qorxusu və iman bu qorxuların hamısını ortadan qaldırar. Hər şeyin sahibinin və yaradıcısının Allah olduğunu, hadisələrin Allahın idarəsində və təyin etdiyi qədər istiqamətində inkişaf etdiyini, Özünə inanıb güvənən qullarını Allahın qoruyub müdafiə edəcəyini bilmək iman edən bir insanı hər cür qorxu və asılılıqdan azadlığa qovuşdurar. Bir ayədə belə buyurulur:

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. (Zumər surəsi, 29)

Allaha iman etməyən, bu səbəbdən Allahdan qorxmayan insanlar milyonlarla fərqli qorxu yaşayarlar. Bu insanlar, insanlardan qorxub çəkinirlər, bir tək Allahdan qorxmazlar. Allahın hüzurunda hesaba çəkiləcəkləri anı əsla ağıllarından keçirməz, amma iş yerində özlərindən daha yüksək vəzifədəki bir insana, yoldaşlarına, analarına, atalarına bunun kimi bir çox insana verəcəkləri hesabdan çəkinərlər.
Yalnız Allaha yönəldilməsi lazım olan qorxu hissi Onun yaratdıqlarına yönəldikdə bu qorxu insanın bütün rəftar və davranışlarına da təsir edərək, özünü son dərəcə alçaq bir mövqeyə salar. Çünki həqiqətən qorxulmağa layiq olan tək varlıq Allahdır. Mütləq gücün sahibi Odur, hər şey Onun diləməsi və idarəsi altındadır. Allahın məlumatı və icazəsi xaricində heç bir şey reallaşa bilməz. O, istəməsə heç bir şey insana zərər verə bilməz. Bu səbəbdən, Allahdan başqa qorxub çəkinilməsi lazım olan varlıq yoxdur.
Əvvəldə də ifadə etdiyimiz kimi, Allahdan deyil, başqalarından qorxan insanlar, Allahın yaratdıqlarını Allahdan müstəqil bir güc və iradə sahibi olaraq görərlər. Allahı qoyub Onun yaratdıqlarından mədət ummaq kimi böyük bir yanılmaya düşərlər. Bu gözlədiklərinin qarşılığını heç bir zaman ala bilmədikləri kimi ömürləri alçaldılaraq və əzilərək keçər. Allaha qul olmaqda qürurlanan, təkəbbürlənən bu insanlar əslində minlərlə insanı razı etməyə çalışırlar.
Allah iman edənlərə qətiyyən insanlardan qorxmamalarını, yalnız Özündən qorxmalarını əmr etmişdir:
... Elə isə insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrimi ucuz qiymətə satmayın... (Maidə surəsi, 44)
... Onlardan qorxmayın, Məndən qorxun ki, sizə olan nemətimi tamamlayım. Ola bilsin ki, doğru yola yönələsiniz. (Bəqərə surəsi, 150)

 

Vicdansız və nankordur

Quranda Allahdan qorxub çəkinməyənlərin nankorluqlarına dair bir çox nümunə vardır. Lakin bunların içində bəlkə də ən ətraflı olaraq verilən nümunə, İsrail oğullarından bəzi kəslərin Allaha və peyğəmbərlərinə qarşı göstərdikləri vicdansızlıq və nankorluqlardır. İsrail oğulları heç kimə verilməyən nemətlərlə nemətləndirilmiş, özlərinə saysız möcüzələr göstərilmiş, aralarından peyğəmbərlər çıxmış bir qövm olduğu halda, içlərindəki bəzi azğın kəslər bunlardan heç təsirlənməmişdilər. Hz. Musa (ə.s) hər dəfə onları səbrlə öyrətməyə çalışmış, ancaq onlar "həqiqi iman" a və "Allaha qul olmağa" əsla yanaşmamışlar. Əzabı görüncə Allahın əfvinə sığınmışlar, Allah onları əzabdan qurtaranda isə yenidən zülmə düşmüşlər. Allah onları hər dəfə bağışladıqca, onlar təkrarən inkara dönmüşlər, hətta Ondan başqa ilahlar qəbul etmişlər. Peyğəmbərləri inkarçılara qarşı çətin bir mübarizə içindəykən, İsrail oğulları içindəki münafiqlər öz arzu və istəklərini, mənfəətlərini ön planda tutmuşlar, heç bir zaman səmimi olaraq Allaha və Onun dininə bağlanmamışdırlar. Böyük bir nankorluq göstərərək, peyğəmbərləri hz. Musa (ə.s)-ı mübarizənin ən çətin anında tək başına buraxmış və öz canlarının və maraqlarının dərdinə düşmüşlər. Bununla da kifayətlənməmiş, son dərəcə həyasız və nankorcasına rəftar və ifadələr sərgiləmişlər:

Onlar dedilər: "Ey Musa, biz, onlar dayandığı müddətcə heç bir zaman ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq. (Maidə surəsi, 24)

Göründüyü kimi bu insanlar içlərində Allah qorxusu daşımadıqları üçün, nəfsləriylə zidd düşən bir hadisə qarşısında, dərhal Allaha və Onun Peyğəmbərinə qarşı nankor və üsyankar bir rəftar göstərmişlər. Uca Rəbbimiz Allahın və elçisinin daha əvvəl, özlərini ən çətin düşmənləri olan Fironun zülmündən qurtardığını, saysız nemətlər verdiyini, onları davamlı imana və əbədi qurtuluşa dəvət etdiyini bir anda unutmuşdular.

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313